Balaxanı sakini: "5 nəfər döyüb maşınımı aldı"
Bizi izləyin

Kriminal

Balaxanı sakini: "5 nəfər döyüb maşınımı aldı"

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm