Bakının mərkəzində avtomobillərin şüşələrini sındırdılar
Bizi izləyin

Kriminal

Bakının mərkəzində avtomobillərin şüşələrini sındırdılar

Bakıda avtomobillərə ziyan vuran şəxs tutulub.

Publika.az xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə sentyabrın 23-də saat 9 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakinləri G.Həsənovaya məxsus “Chevrolet” və A.Mahmudova məxsus “Hyundai” markalı avtomobillərin alın şüşələrinin sındırılması və kapot hissələrinin əzilməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyən edilərək saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm