Bakının mərkəzində qətl törədildi
Bizi izləyin

Kriminal

Bakının mərkəzində qətl törədildi

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə sentyabrın 28-də saat 5 radələrində Bakı şəhər sakini Emrah Mustafazadənin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm