Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatdı
Bizi izləyin

Kriminal

Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 704-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm