Kriminal
Azərbaycanda silahlı insident - Qardaşı oğlunu güllələyərək öldürmək istədi

Oktyabrın 19-da, saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Publika.az Ağcabədi rayon prokurorluğuna istinadən xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanmış tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI
-
Dünya17 Avqust 18:18
Antoniu Quterreş Ukraynaya gəldi