Tovuzda əməliyyat - Avtomatlı şəxs tutuldu
Bizi izləyin

Kriminal

Tovuzda əməliyyat - Avtomatlı şəxs tutuldu

Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah-sursat tapılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm