Azərbaycanda 24 yaşlı qadın qardaşını niyə öldürdü? - ŞOK FAKTLAR/TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Azərbaycanda 24 yaşlı qadın qardaşını niyə öldürdü? - ŞOK FAKTLAR/TƏFƏRRÜAT

4 gün əvvəl Ağdaş rayonunda törədilmiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Publika.az-ın məlumatına görə, rayonun Xosrov kəndində 33 yaşlı Umarov Xancan Əmirxan oğlunu bıçaqlayaraq öldürən bacısı, 1996-cı il təvəllüdlü Ülkər Ələkbərova bir neçə ay əvvəl boşanaraq 2 körpə övladı ilə ata evinə qayıdıbmış.

Bildirilir ki, qətlə yetirilən Xancan Umarov da bir neçə il əvvəl həyat yoldaşından boşanıb və azyaşlı övladını görə bilmədiyinə görə tez-tez dava dalaş salırmış. Tədricən psixoloji problemləri artan 33 yaşlı Xancan ailə üzvlərinə, eləcə də ata-anasına qarşı da aqressiv davranmağa başlayıb. Qonşuların bildirdiyinə görə, o tez-tez valideynlərini və evdə olan bacılarını döyürmüş. Ailədəki dava-dalaşa dəfələrlə qonşular müdaxilə edərək Xancanın yaşlı ata-anasını döyməsinə mane olublar.

Hadisənin baş verdiyi günə gəlincə, noyabrın 12-də günorta saatlarında X.Umarov növbəti dəfə evdə dava salıb və bıçaq götürüb. Onun ata-anasına qarşı hərəkətlərinə dözməyən bacısı Ülkər də münaqişəyə qoşulub. Bu zaman 24 yaşlı qadın qardaşının əlindən düşən bıçağı götürərək ona 2 zərbə endirib. Böyrək və qaraciyər nahiyəsindən ağır xəsarət alan X.Umarov daxili qanaxma səbəbindən keçinib.

Ailə üzvləri əvvəlcə Xancanın özü-özünü bıçaqlayaraq intihar etdiyini bildirsə də, sonradan Ü.Ələkbərova əməlini etiraf edib. O, polis tərəfuindən saxlanılıb.

Məlumata görə, Ü.Ələkbərovanın 1 yaşı tamam olmamış südəmər körpəsi də yaxın günlərdə təcridxanada saxlanılan qadına veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm