Bakıdakı güllələnmə ilə bağlı YENİ XƏBƏR – Məhkəmə bəraət verdi
Bizi izləyin

Kriminal

Bakıdakı güllələnmə ilə bağlı YENİ XƏBƏR – Məhkəmə bəraət verdi

Keçən ilin dekabr ayında Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı tutulmuş şəxs azadlığa buraxılıb.

Publika.az-ın məlumatına görə, vəkil Ənnağı Məmmədov bildirib ki, müdafiəçisi olduğu təqsirləndirilən şəxs Eminov Nazim Rəşid oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham elan edilərək onun barəsində cinayət işi başlanılıb. Gərgin keçən istintaqın sonunda Nazim Eminova Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Bugün Bakı şəhəri Xatai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədirliyi ilə keçrilən məhkəmə iclasında Nazim Eminov barəsində bəraət hökmü çıxarılıb.

Hadisəyə gəlincə, keçən il 27 dekabr tarixində səhər saatlarında Bakının Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub.

Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub.

X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib.

Nəticədə, bacanaqların biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm