DƏHŞƏTLİ QƏTL: 18 yaşlı arvadını amansızlıqla öldürdü
Bizi izləyin

Kriminal

DƏHŞƏTLİ QƏTL: 18 yaşlı arvadını amansızlıqla öldürdü

Türkiyənin Konya şəhərinin Beyşehir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, fəhlə işləyən 21 yaşlı Sabri Çiçək 4 aydır evli olduğu 18 yaşlı Ece Çiçəki amansızlıqla qətlə yetirib.

Hadisəyə ailə münaqişəsinin səbəb olduğu qeyd edilib. Məlum olub ki, mübahisə zamanı S. Çiçək əvvəlcə arvadının boğazını kəsib. Bununla ürəyi soyumayan ər qadının bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.

Qətldən sonra S. Çiçək polisə təslim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm