Musiqiçi həmkarını pula görə öldürdü, DAHA SONRA... - ŞOK FAKTLAR/FOTO
Bizi izləyin

Kriminal

Musiqiçi həmkarını pula görə öldürdü, DAHA SONRA... - ŞOK FAKTLAR/FOTO

Türkiyənin Bingöl vilayətində musiqiçinin müəmmalı şəkildə güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, meyiti sellofan torbaya qoyularaq Sarıçiçek kəndi yaxınlığındakı zibilliyə atılan 35 yaşlı Deniz Ayazın həmkarı tərəfindən öldürüldüyü dəqiqləşib.

Belə ki, toylarda musiqiçi kimi çalışan 40 yaşlı Samet Ateşin Denizə 50 min lirə borcu olub. Pul mübahisəsinə görə onlar yanvarın 1-də görüşüblər. Bu zaman S.Ateş 5 uşaq atası olan həmkarına 4 dəfə atəş açaraq onu öldürüb. Daha sonra meyiti torbaya qoyub zibilliyə atan sənətçi heç nə olmamış kimi toya gedib və səhnəyə çıxıb.

Cinayətin açılmasında polisə S.Ateşin böyük qardaşı kömək edib. O, qətlin qardaşı tərəfindən törədilməsi barədə məlumat verib. Dərhal əməliyyat keçirən polis Bingöl-Elazığ yolunu bağlayıb və S.Ateş avtomobildə tutularaq istintaqa təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm