DYP-nin saxladığı avtomobilin sürücüsü düşüb qaçmaq istədi - BAKIDA
Bizi izləyin

Kriminal

DYP-nin saxladığı avtomobilin sürücüsü düşüb qaçmaq istədi - BAKIDA

Yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm