Netçalada 49 yaşlı kişi bıçaqlanıb
Bizi izləyin

Kriminal

Netçalada 49 yaşlı kişi bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm