10 həmkarını güllələyən əsgərin cəzası bəlli oldu
Bizi izləyin

Kriminal

10 həmkarını güllələyən əsgərin cəzası bəlli oldu

Rusiya qarnizonlarının birində hərbi xidməti zamanı həmkarlarını qətlə yetirən Şamil Şəmsəddinovun cəzası bəlli olub.

Publika.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, 24,5 il sərt rejimdə həbs cəzasına məhkum olunub.

Ş.Şəmsəddinov qurbanların yaxınlarına kompensasiya ödəməli olacaq: 4 nəfərin hər birinə - 1,5 milyon, 2 nəfərin hər birinə - 1,3 milyon və 1 nəfərə - 1,2 milyon rubl.

Bildirilib ki, Ş.Şəmsəddinov məhkəmə hökmünü sakitcə dinləyib. Qərar barədə apelyasiya şikayəti verməyə dair müzakirələr hələ ki yoxdur.

Qeyd edək ki, Şamil Şəmsəddinov 25 oktyabr 2019-cu il tarixində qarnizonda odlu silahdan istifadə edərək həmkarlarına atəş açmışdı. Nəticədə 8 nəfər ölmüş, 2 nəfər ağır yaralanmışdı. O, bu hərəkətini hərbi hissədəki "dedovşina" və zorakılıqla izah etmişdi. Çağırışçı günahını etiraf etmişdi. Psixoloji və psixiatrik araşdırmada onun hər hansı problemi aşkar edilməyib.

Şəmsəddinovla birgə qulluq edən Rüstəm Muxatov 2020-ci ildə 2 il şərti həbs və 30 min rubl cəriməyə məhkum edilmişdi. O, əsgərləri bir neçə saat fiziki məşqlər etməyə məcbur etdiyini, boks əlcəyilə döydüyünü və siqaret çəkməyə gedəndə təpik vurduğunu etiraf etmişdi. Lakin əsgərlərin döyüldüyü, yuxusuz qaldığı, onların başını tualetə batıracağı ilə təhdid edildiyi və Muxatovun rüşvət aldığına dair ittihamlar məhkəmə prosesi zamanı ortaya çıxmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm