Bakıda DƏHŞƏT yaşandı: Gənc qızı doğrayıb zibilliyə atdılar - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda DƏHŞƏT yaşandı: Gənc qızı doğrayıb zibilliyə atdılar - YENİLƏNDİ

Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

*****

12:15

Bakıda qadın meyiti tapılıb.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, rayonun Ə.İsgəndərov küçəsindəki zibil qutusunda hissələrə bölünmüş qadın meyiti aşkar edilib.

İlkin ehtimala görə, qadın gənc yaşlarındadır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm