Bakının mərkəzində əməliyyat - Avtomobildən silah və narkotik çıxdı
Bizi izləyin

Kriminal

Bakının mərkəzində əməliyyat - Avtomobildən silah və narkotik çıxdı

Bakıda silahlı şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Useynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı oradan 17 qrama yaxın heroin, nömrəsi silinmiş “Luger” markalı tapança və 27 ədəd patron götürülüb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm