Azərbaycanda qadına qarşı iyrənc cinayət - Şantajla 15 min manat tələb etdilər
Bizi izləyin

Kriminal

Azərbaycanda qadına qarşı iyrənc cinayət - Şantajla 15 min manat tələb etdilər

Fevralın 10-da Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15.000 manat pul tələb etdiyini bildirib.

Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilib və o, saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm