Avtobus sürücüsünə 134 il həbs verildi - ŞOK QƏRAR
Bizi izləyin

Kriminal

Avtobus sürücüsünə 134 il həbs verildi - ŞOK QƏRAR

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda sərnişin avtobusunu dayanacağa çırparaq 1 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan Necdet Karakuş haqqında məhkəmə qərar verib.

Publika.az xəbər verir ki, sürücü 134 il həbs cəzasına məhkum edilib.

Sürücü 1 nəfərə qarşı qəsdən öldürmə, 14 nəfərə qarşı qəsdən öldürməyə təşəbbüs ilə ittiham olunub.

Müttəhim özünümüdafiə nitqində hadisənin qəza olduğundan, tanımadığı insanları öldürmək niyyəti olmadığından danışıb və ittihamları ağır hesab edib. O, zərərçəkənlər tərəfindən bağışlanmasını istəyib. Lakin məhkəmə onun tələblərini qəbul etməyib.

Qeyd edək ki, prokurorluq sürücüyə 210 il həbs cəzası tələb etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm