Azərbaycanda pul üstündə qanlı dava - 3 nəfər bıçaqlandı
Bizi izləyin

Kriminal

Azərbaycanda pul üstündə qanlı dava - 3 nəfər bıçaqlandı

Mingəçevir şəhərində kütləvi dava olub.

Publika.az xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu pul məsələsi üstündə yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Rami Məmmədov və 1980-ci ildə anadan olmuş Elçin Əmənovu bıçaqlayıb.

Bu zaman R.Məmmədov Çingizin əlindən düşən bıçağı yerdən götürüb. O, yaralı halda olmasına baxmayaraq yerdən götürdüyü bıçaqla Çingiz İbişovun kürək nahiyəsinə 3 dəfə zərbə endirib.

Yaralıların 3-ü də xəstəxanaya yerləşdirilib. Ç.İbişovla R.Məmmədovun vəziyyəti daha ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm