Azərbaycanda qətl törədib qaçan şəxsin kimliyi bilindi - POLİS AXTARIR
Bizi izləyin

Kriminal

Azərbaycanda qətl törədib qaçan şəxsin kimliyi bilindi - POLİS AXTARIR

Ötən gün saat 11:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində rayonun Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunu bıçaqlayan şəxsin adı məlum olub.

Publika.az xəbər verir ki, hadisəni törədərək qaçıb gizlənən şəxsin Göyçay şəhər sakini Xəlilov Ruslan Xalis oğlu olması məlum olub. O, "Əsgəroğlu" marketin qarşısında tanışını öldürəndən sonra qaçaraq uzaqlaşıb.Hazırda Göyçay rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, Ruslan Xəlilov qətl hadisəsini Heydər Əliyev prospektində yerləşən və özünə məxsus ərzaq mağazasının qarşısında törədib. Yalman kənd sakini, bir uşaq atası Polad Salehov isə həmin ərazidə ailəsi ilə birgə kirayədə yaşayırdı. Onların arasında davanın hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil.

Qeyd edək ki, bud nahiyəsindən bıçaq xəsarəti alan Polad Salehov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə aparılıb. O, çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm