Bakıda mağazadan 10 min manatlıq telefon oğurlandı
Bizi izləyin

Kriminal

Bakıda mağazadan 10 min manatlıq telefon oğurlandı

Bakıda mağazada oğurluq olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin “Yamaha” və C.Həsənovun “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm