Biləsuvarda əməliyyat - TUTULANLAR VAR
Bizi izləyin

Kriminal

Biləsuvarda əməliyyat - TUTULANLAR VAR

Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində odlu silah və 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhəri, Yasamal rayon sakini T.Ağayev və Salyan rayon sakini R.Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman T.Ağayevin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin, R.Xəlilovun əlindəki torbadan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm