Polis daha bir əməliyyat keçirdi - TUTULANLAR VAR
Bizi izləyin

Kriminal

Polis daha bir əməliyyat keçirdi - TUTULANLAR VAR

Cəlilabadda maşında 12 kq heroin daşıyan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən Salyan şəhər sakinləri S.Quliyev və Z.Zeynalov sonuncuya məxsus “Chevrolet” markalı avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Avtomobilə baxış zamanı oradan 4 bağlamada ümumi çəkisi 12 kiloqram 120 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, həmin narkotik vasitəni S.Quliyev xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və həmin şəxsin deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Faktla bağlı araşdırma aparılır

Bizi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm