Kriminal
Avtomobil qaçıranlar saxlanıldı
Şabran Rayon Polis Şöbəsinə (RPŞ) martın 21-nə keçən gecə şəhər ərazisindən A.Kərimova məxsus QAZ-3110 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
DİN-dən Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.
Bundan başqa Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun VAZ-2106 markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılıb.
Eyni zamanda Qusar RPŞ-yə martın 21-də Aşağı İmamqulukənd kəndi ərazisindən kənd sakini G.Quliyevaya məxsus VAZ-21099 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR