Bakıda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm