Türkiyədə QANLI DAVA: Azərbaycanlı qadın BIÇAQLANDI
Bizi izləyin

Kriminal

Türkiyədə QANLI DAVA: Azərbaycanlı qadın BIÇAQLANDI

Türkiyənin Muğla vilayətinin Fethiye bölgəsində baş verən küçə davası ölümlə nəticələnib.

Publika.az "Haberler"e istinadla xəbər verir ki, dava iki dost arasında baş verən mübahisə ilə başlayıb.

Belə ki, inşaatda çalışan iki dost - S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava baş verib.

Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.

Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm