Xırdalanda qıza görə 2 nəfərin öldürüldüyü hadisə ilə bağlı YENİ XƏBƏR
Bizi izləyin

Kriminal

Xırdalanda qıza görə 2 nəfərin öldürüldüyü hadisə ilə bağlı YENİ XƏBƏR

Ötən ilin iyul ayında Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində 2 nəfərin ölümü ilə nəticələnən kütləvi dava-dalaşla bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Publika.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, ötən il iyulun 25-i saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə Abşeron Rayon Prokurorluğunda məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs – bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.

Təqsirləndirilən şəxslərə CM-nin müvafiq maddələri ilə ittiham verilib.

İlkin araşdırmalardan sonra hadisənin qız söhbəti üstündə baş verməsi müəyyənləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm