Türkiyədə azərbaycanlı kriminal avtoritetin öldürülməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: ŞOK FAKTLAR - VİDEO
Bizi izləyin

Kriminal

Türkiyədə azərbaycanlı kriminal avtoritetin öldürülməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: ŞOK FAKTLAR - VİDEO

İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb.

Türkiyə KİV-ləri xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra “razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb.

Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir.

Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır.

Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə, iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib.

Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin “Lotu Quli” və “Rövşən Lənkəranski”nin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur. (virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm