"Sənin bacın əxlaqsız olub" deyən şəxs öldürüldü - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

"Sənin bacın əxlaqsız olub" deyən şəxs öldürüldü - TƏFƏRRÜAT

Ötən ilin oktyabrında Şamaxıda 2 qonşu arasında baş vermiş və Samir Əhmədovun ölümü ilə nəticələnən dava-dalaşın səbəbi məlum olub.

Publika.az xəbər verir ki, araşdırmalar nəticəsində S.Əhmədovla qonşusu və uzaq qohumu olan Xaliq Əliyevin övladlarının dalaşdığı və valideynlərin arasında bu səbbədən narazılıq yarandığı üzə çıxıb.

Belə ki, oktyabrın 23-də X.Əliyev S.Əhmədovun oğlunun ondan 1 yaş kiçik olan X.Əliyevin oğlunu vurduğunu görüb. O, dalaşdıqlarına görə öz övladına bir sillə vurub. Daha sonra S.Əhmədovun oğlunun boğazından tutaraq bir də belə hərəkətlər etməməsini deyib. Orta məktəbdə oxuyan uşaq hadisə ilə bağlı evdə danışıb. Bundan sonra S.Əhmədov X.Əliyevə bir neçə dəfə zəng edərək onu küçəyə çağırıb və telefonda təhqiramiz sözlər işlədib. Küçədə rastlaşdıqda Samir onun nalayiq ifadələri davam etdirib. Xalidin atasının bir neçə il əvvəl qızı Günel Məmmədovanı öldürdürməsini xatırladaraq “Sən niyə kişilikdən dəm vurursan, sənin bacın əxlaqsız olub, atan sizin qeyrətinizi çəkib bacının başını kəsib, sən mənə bıçaq vuracaqsan?” deyərək onun üzərinə hücum edib. Samirin ondan bədəncə cüssəli olmasına görə özü ilə bıçaq gətirən Xalid bundan sonra ona zərbələr endirməyə çalışıb. Zərbələrdən yalnız biri S.Əhmədovun bud-qasıq nahiyəsinə tuş gəlib. O, qanaxmadan vəfat edib.

Faktla bağlı Cinayət Məcəllsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb. X.Əliyev bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm