Polis əməliyyat keçirdi, külli miqdarda narkotik götürüldü - FOTO
Bizi izləyin

Kriminal

Polis əməliyyat keçirdi, külli miqdarda narkotik götürüldü - FOTO

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Publika.az xəbər verir ki, rayon polis şöbəsinə rayon sakini, əvvəllər məhkum olunmuş Baxşıyev Mübariz Şahin oğlunun narkotik vasitələri üzərində saxlaması, daşıması, eləcə də satması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baxşıyev Mübariz Şahin oğlu şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman 4 ədəd bükümdə ümumi çəkisi 2.089 qram narkotik vasitə olan heroin və 0.254 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı Mübariz Baxşıyev cinayət əməlini etiraf edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm