Bakıda məktəbliyə qarşı iyrənc cinayət – Musiqi məktəbinin həyətinə aparıb…
Bizi izləyin

Kriminal

Bakıda məktəbliyə qarşı iyrənc cinayət – Musiqi məktəbinin həyətinə aparıb…

Bakı şəhəri Nəsimi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq əməli törətmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 3-cü mikrorayon ərazisində - 20 nömrəli musiqi məktəbinin həyətində 16 yaşlı Feyruz Məmmədovu (ad-soyad şərtidir) döyərək telefonunu əlindən almış 2002-ci il təvəllüdlü Adil V. və 2004-cü il təvəllüdlü Anar A-nın məhkəməsi zamanı bəzi məqamlar üzə çıxıb.

Bəlli olub ki, hadisədən əvvəl Adil Feyruzun telefonunu qırıb və buna görə ona 25 manat usta pulu verməli imiş. Lakin Adil V. pulu verməkdən imtina edib. Bundan sonra 16 yaşlı Feyruz ona köməklik göstərməsi və pulu almağa görə “Malo” ləqəbli Ələsgər adlı şəxsə müraciət edib. Ələsgər də Adildən pulu verməsini deyib. Lakin Adil V. pulu qaytarmaq əvəzinə Feyruzun telefonunu əlindən almaq qərarına gəlib. Bu məqsədlə o, tanışı Anarla birgə Cavadxan küçəsində Feyruzun xalasının evinin olduğu binaya gəlib. Burada görüş zamanı onlar Feyruzu yaxınlıqdakı 20 nömrəli musiqi məktəbinin həyətinə aparıblar. Yolda onlara bir neçə nəfər də qoşulub.

Məktəbin həyətində olarkən Adil və Anar Feyruzdan pul tələb etməyə başlayıblar. Yetkinlik yaşına çatmayan Feyruz isə onlara verməyə pulunun olmadığını deyib. Bundan sonra Anar Feyruza zərbələr endirib və cibindəki telefonu verməsini tələb edib. 16 yaşlı oğlan özünə məxsus olan İphone markalı telefonunun şifrəsini açaraq onlara verməyə məcbur olub.

Bildirilir ki, hadisədən sonra Adil Alatava ərazisinə gedərək “Malo” ləqəbli şəxslə görüşüb və soyğunçuluq yolu ilə əldə etdiyi telefonu həmin şəxsə verib.

Məhkəmə prosesində zərərçəkmiş tərəf təqsirləndirilən tərəfin onları hədələdiyini, şikayətlərini geri götürməyəcəkləri təqdirdə başlarına oyun açacaqları ilə hədələdiyini deyib və Feyruzu soyan şəxslərə ağır cəza verilməsini tələb edib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə daha əvvəl barələrində polisin nəzarətinə verilmə barədə qərar çıxarılmış 19 yaşlı Adil və 17 yaşlı Anar məhkəmə zalındaca həbs edilib. Onların ikisi də 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm