Şəmkirdə evə basqın edib ana və azyaşlı oğlunu bıçaqladılar
Bizi izləyin

Kriminal

Şəmkirdə evə basqın edib ana və azyaşlı oğlunu bıçaqladılar

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş verən quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, polis şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıblar.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

Şübhəli şəxslər istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm