Bakıda həbsdə dostlaşan şəxslərin azadlıqdakı görüşü cinayətlə yekunlaşdı
Bizi izləyin

Kriminal

Bakıda həbsdə dostlaşan şəxslərin azadlıqdakı görüşü cinayətlə yekunlaşdı

Bakı şəhər Suraxanı rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, daha əvvəl Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkum edilmiş və 2018-ci ildə azadlığa çıxan Ceyhun M. həbsxanada tanış olduğu Qaflan V. ilə görüşüb. Həbsxana dostları Qaraçuxur qəsəbəsindəki Veteranlar parkının yaxınlığındakı kafedə görüşüblər və nərd oynamağa başlayblar. Görüşdə Ceyhunun dostu Orxan da iştirak edib.

Nərd oynayan zaman Ceyhun Qaflandan telefonda konturun olub-olmamasını soruşub və danışıb qaytarmaq üçün telefonunu alıb. Telefonla danışa-danışa uzaqlaşan Ceyhun Orxanın icarəyə götürdüyü maşına yaxınlaşaraq sürüb qaçmağa çalışıb. Həbsxana yoldaşınnı onun telefonunu apardığını görən Qaflan müdaxilə etməyə və maşından yapışaraq telefonunu tələb etməyə başlayıb. Ceyhun M. maşını idarə edərək uzaqlaşmağa çalışıb və zərərçəkən şəxsi sürüyərək yerə atıb. Bir qədər sürəndən sonra o, maşını divara vuraraq saxlayıb və düşərək qaçıb.

Bildirilir ki, Ceyhun M. soyğunçuluq yolu ilə əldə etdiyi telefonu Neftçilər metrostansiyası yaxınlığında 100 manata satıb.

Polis tərəfindən saxlanılan Ceyhun M. məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə iş açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm