Kriminal
Azərbaycanda qorxunc hadisə - Ər və 26 yaşlı xanımının qanını tökdülər
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Əbilzadə Eşqin Qədir oğlu və onu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əbilzadə Nərmin Şair qızı evdə yaralı və huşsuz vəziyyətdə tapılıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan təxminən 25 yaşlarında olan kişinin boyun, qadının isə kürək və bel nahiyələrindən kəsilmiş-deşilmiş yaralar aldığı bildirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər arvadına vurduqdan sonra özünə qəsd edib.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO