40 yaşlı qadının evinə soxularaq onu öldürən mollanın FOTOLARI/TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

40 yaşlı qadının evinə soxularaq onu öldürən mollanın FOTOLARI/TƏFƏRRÜAT

Aprelin 28-də Lerik rayonunun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə amansızlıqla öldürülməsi hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisəni törədən 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tutulduqdan sonra əməlini etiraf edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 15 il əvvəl Şirvan şəhərindən dogma kəndinə qayıdan və kəndin din xadimi kimi tanınan Murad Əskərov qətlə yetirdiyi qadınla qohum olub. Belə ki, 40 yaşlı Zəkifə Muradın qardaşınnı baldızı olub. Qadının həyat yoldaşı mövsümi işlə bağlı Rusiyada olub. Böyük oğlu cəbhə bölgəsində hərbi xidmətdə, ortancıl oğlu Bakıda işdə, kiçik oğlu isə hadisə vaxtı meşəyə odun toplamağa gedib.

Bildirilir ki, Z.Fərziyevin oğlunun evi tərk edib meşə istiqamətində getdiyini görən kənd mollası qadının tək olduğunu düşünərək evə soxulub. O, hələlik açıqlanmayan tələblər irəli sürüb və qadın qışqıraraq mənzili tərk etməyə çalışıb. Bu zaman Murad Əskərov əli ilə qadının tutub saxlamağa, ona hədə-qorxu gəlməyə çalışıb. Nəticədə onun əlindəki kəskin iti meyvə bıçağı qadının boğazını kəsib. Hadisənin hər kəsə məlum olacağını, işin böyüyəcəyini düşnən 49 yaşlı Murad oradaca qadını öldürmək qərarına gəlib. O, bıçaqla Zəkifənin ürək və boğaz nahiyələrinə öldürücü zərbələr endirərək onu amansızlıqla öldürüb. Daha sonra baldızıgilin evinin həyətinə gələrək qanlı əllərini yuyub.

Murad Əskərovun qanlı əllərini yumasını baldızının 5 yaşlı övladı görüb və aprelin 28-də axşam ecdəkilərə bu barədə deyib. Bundan sonra cinayətin üstü açılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm