Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)
Bizi izləyin

Kriminal

Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm