Sumqayıtda quldurluq - Oyuncaq tapança ilə basqın etdilər
Bizi izləyin

Kriminal

Sumqayıtda quldurluq - Oyuncaq tapança ilə basqın etdilər

Sumqayıtda quldurluq hadisəsi törədilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 29-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş şəxsin orada işləyən Ə.Quliyevi tapançaya oxşar əşya ilə hədələyib spirtli içki aparması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov müəyyən edilərək saxlanılıb. Ondan oyuncaq tapança götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm