Kriminal
Hamilə arvadının başını kəsib, qanı ilə divarı yazan Vüsaldan DƏHŞƏTLİ ETİRAFLAR - VİDEO
Türkiyədə qeyri-rəsmi şəkildə yaşadığı gənc arvadını öldürən azərbaycanlı kişinin məhkəmədə verdiyi ifadə eşidənləri heyrətə gətirib.
18 yaşındakı iki aylıq nikahda olduğu həyat yoldaşı Sevilay Kayanın boğazını kəsib başını bədənindən ayıran azərbaycanlı Vüsal Orucovun məhkəməsi keçirilib.
Vüsal Orucov məhkəmədə törətdiyi cinayəti soyuqqanlı şəkildə danışıb. O bildirib ki, yoldaşını xəyanət etdiyi üçün öldürüb.
“Arvadım məndən 2 aylıq hamilə idi. Bir gün mənə dedi ki, səninlə olan münasibətim bitdi. Mənə pul ver, abort etdirim.
Bundan sonra səninlə birgə yaşamaq istəmirəm. Dedim, "Sən məndən ayrıla bilməzsən. Sənə də verməyə pulum yoxdur”, - deyib cibimdən bıçağı çıxartdım. Ona bir neçə zərbə vurdum.
Daha sonra boğazını kəsdim. Sevilay yerə yıxılıb xırıldamağa başladı. Əyilib onun saçından tutdum və ikinci dəfə boğazına bıçaq çəkdim.
Daha sonra barmağımı qanına batırıb divara “xəyanətin cəzası ölümdür” yazdım”, - deyə Vüsal Orucov bildirib.
Qətlə yetirilən Sevilay Kayanın anası Nardane İ. məhkəmədə Vüsalı Azərbaycanda tanıdığını bildirib.
“Azərbaycandan gələndən sonra qızımla Vüsal kafedə birlikdə işləyirdi. Onlar sonradan imam nikahı ilə evləndilər və qeyri-rəsmi şəkildə yaşamağa başladılar.
Qızım ondan hamilə qaldı. Cinayət baş verərkən o, 2 aylıq hamilə idi. Qızımla Vüsal tez-tez dalaşırdılar. Bir gün Vüsal məni təhqir etdi və “qızın fahişədir, kişilər olan kafedə çalışır” dedi”, - deyə qadın ifadəsində bildirib.
Məhkəmənin hökmü ilə Vüsal Orucov təqsirli bilinib və həbsxanaya göndərilib. (baku.vs)
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ