Polis bu rayonda əməliyyat keçirdi - Tutulanlar var
Bizi izləyin

Kriminal

Polis bu rayonda əməliyyat keçirdi - Tutulanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirib.

Publika.az xəbər verir ki, tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - İsmayıllı rayon sakini N.Nəsirov və Bakı şəhər sakini S.Şahverdiyev Abşeron rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı N.Nəsirovdan 204 qramdan artıq, S.Şahverdiyevdən isə 49 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə S.Şahverdiyevin idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış zamanı oradan 742 qramdan artıq heroin, 45 qrama yaxın metamfetamin və elektron tərəzi götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm