Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilər
Bizi izləyin

Kriminal

Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilər

Bakı sakini qadını şantaj edərək pul tələb edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm