Kürdəmirdə qətl törədildi
Bizi izləyin

Kriminal

Kürdəmirdə qətl törədildi

İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə Kürdəmir rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Kürdəmir rayon Prokurorluğundan bildirilib.

Aparılan ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm