Qarabağda döyüşən əcnəbinin məhkəməsi keçirildi
Bizi izləyin

Kriminal

Qarabağda döyüşən əcnəbinin məhkəməsi keçirildi

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.

Daha sonra prokuror ittiham nitqi ilə çıxış edib. O, Eduard Dubakovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Onun ümumi rejimli cəza müəssisəsində cəza çəkməsini tələb edib.

Prokuror Eduard Dubakova təyin olunmuş əsas cəza başa çatdıqdan sonra dərhal Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O deyib ki, Dubakov Ermənistan tərəfindən işğaldan azad olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərdə iştirak etsə də, Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak etməyib. Vəkil bu halların nəzərə alınmasını istəyib.

Növbəti proses iyulun 22-də davam edəcək.

xxx

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

xxx

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Publika.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm