Bakıda müğənni hoteldə öldürülüb? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Kriminal

Bakıda müğənni hoteldə öldürülüb? - RƏSMİ AÇIQLAMA

Nizami Rayon Prokurorluğu Bakıda müğənninin hoteldə qətlə yetirilməsi barədə yayılan iddialara münasibət bildirib.

Rayon Prokurorluğundan Publika.az-a daxil olan məlumatda deyilir ki, qadın yaralıdır:

"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Qeyd edək ki, xəsarət alan Aygün Mirzəyevanın müğənni olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm