Sosial şəbəkədə yaydığı videoları sildi - DİN MƏLUMAT YAYDI
Bizi izləyin

Kriminal

Sosial şəbəkədə yaydığı videoları sildi - DİN MƏLUMAT YAYDI

“TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm