Toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayan şəxs YAXALANDI - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayan şəxs YAXALANDI - (YENİLƏNDİ)

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

xxx

18:12

Daşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında mübahisə baş verib. Nəticədə Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazov ürək nahiyəsindən bıçaqlanıb. O, yerindəcə keçinib.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsi və Daşkəsən Rayon Prokurorluğunun əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm