Azərbaycanda evə basqın edən quldur qadını öldürdü
Bizi izləyin

Kriminal

Azərbaycanda evə basqın edən quldur qadını öldürdü

05 aprel 2021-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir rayon prokurorluğundan Publika.az-a bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qohumu və həmkəndlisi Rəşad Tağıyev qeyd edilən tarixdə quldurluq niyyəti ilə Aybəniz Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürüb.

Rəşad Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm