Prokurorluq Sumqayıtdakı qətllə bağlı açıqlama yaydı
Bizi izləyin

Kriminal

Prokurorluq Sumqayıtdakı qətllə bağlı açıqlama yaydı

İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm