Tərtərdə qəbiristanlıqda OĞURLUQ
Bizi izləyin

Kriminal

Tərtərdə qəbiristanlıqda OĞURLUQ

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Ələsgərli kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm