"Borcum var, səni satacağam" deyən ərini öldürdü və...
Bizi izləyin

Kriminal

"Borcum var, səni satacağam" deyən ərini öldürdü və...

Ötən il Ankarada ərini oğlu ilə birləşib öldürən qadın məhkəmədən bəraət istəyib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəməsi keçirilən üç uşaq anası olan Elif Katar ifadəsində ərini məcburiyyət qarşısında qaldığı üçün öldürdüyünü deyib.

O məhkəmədə ifadəsində bildirib ki, əri evə sərxoş gəlib, uşaqları və onu döyüb, təhqir edib. Ərini "borcum var, səni satacağam" deyəndən sonra namusuna xələl gəlməsin deyə öldürüb.

Hadisə baş verən gün qadın sərxoş halda evə gələn və uşaqlarını döyən həyat yoldaşı İsmayıl Katarla dalaşıb. Sonra isə oğlu ilə birləşib onu öldürüb.

Məhkəmənin hökmü ilə Elif Katar 1 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm