Bakıda 24 yaşlı gəlin qaçıb qonşuda gizləndi - Əri amansızlıqla öldürdü
Bizi izləyin

Kriminal

Bakıda 24 yaşlı gəlin qaçıb qonşuda gizləndi - Əri amansızlıqla öldürdü

Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Publika.az Xəzər rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm