Kriminal
Maşınını qəsdən vurub saxladılar, düşüb balta ilə hücum etdilər - AZƏRBAYCANDA
İyulun 16-da Sabirabad rayonu, Türkədi kənd sakini 1982-ci il təvəllüdlü Fuad Məmmədovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışları Mircavid Mövsümov və Seyidəli Mövsümovun avtomobillə hərəkətdə olan zaman Fuad Məmmədova məxsus avtomobili qəsdən vurmaqla qarşısını kəsmələrinə, bundan sonra ona balta və metal boru ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mircavid Mövsümov və Seyidəli Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı